| Həllər | 4G Mobile Wimax
SORĞU
4G Mobile Wimax
WIMAX 4G - Gələcəyə Simsiz Magistral - məlumatın simsiz ötürülməsi texnologiyasıdır.
Genişzolaqlı Mobil WiMaxa qoşulma bu gün ən müasir internet növüdür. Mobil WiMax-ın ən əsas yenilməzliyi internetə istənilən yerdə qoşulmanı təmin etməkdir- evdə, işdə, parkda, kafedə, istirahət məkanlarında, hətta maşında hərəkət edərkən belə əhatə dairəsi olan hər məkanda elektron məktublarınızı oxuya, sevimli filmlərinizi birbaşa izləyə, böyük fayllarınızı göndərə, kliplərə baxa və online oyunlarda mobil şəkildə iştirak edərək istənilən məlumatı çox rahat əldə edə bilərsiniz. Qeyd edək ki, bütün bunlar 10 Mb/s sürətlə mobil internetdən zövq alaraq gerçəkləşəcəkdir.
WiMax şəbəkəsi iki variantda işləyir: fiksə edilmiş və mobil səviyyədə çalışır.
Fiksə edilmiş Wimax- stasionar (dayanıqlı) istifadəçilərə (istifadə etdiyi avadanlığın növünə görə) WiMax əhatə dairəsindən qoşulmaq imkanı verir.
Mobil WiMax- bir baza stansiyasının əhatə dairəsindən digərinə heç bir kəsinti olmadan qoşulma deməkdir.
Delta Telecom Wimax istifadəçilərinə ZyXELL 206M2 və USB MW-U2500 modemləri təqdim edir. İstifadəçilərimiz internetdən Standart və Biznes paketlərinə qoşularaq yararlana bilər. Standart paketdə istifadəçi öz balansına nəzarət etmək funksiyasına malikdir. Əhalinin kart və modem ilə təmin edilməsi üçün Computex, CCİ Technology mağazaları xidmət göstərir.
Mobil WiMAX şəbəkəsinin ölkə regionlarına çıxarılması da gündəmdə duran əsas məsələlərdən biridir. 2010-cu ildən Delta Telecom şirkəti Wimax xidmətini Abşeron, Qaradağ və Sumqayıt zonasında təmin etmiş və bu xidmətin istifadəsi üçün səmərəli şərtlər qoymuşdur.
Abşeron və Qaradağ ərazisində 42 sait (113 baza stansiya(Anten)) quraşdırmaqla böyük bir ərazinin əhatəsinə nail olmuşuq. Yaradılmış serverlər Baza Stansiyaların sayını 1000-ə qaldırmağa imkan verir ki, bu isə 120000 istifadəçiyə xidmət göstərmək imkanları yaradır və bu sistemin ötürücülük imkanı 2Gbps-dir. Hal-hazırda Bakı və Abşeron ərazisini əhatə edən Wimax texnologiyası istifadəçilərinin sayı günü-gündən artır.
Delta Telecom hər bir Wimax istifadəçisi üçün iş zamanı yaranan problemlərin həlli ilə bağlı texniki mərkəz yaradılmışdır.
Modemlər, tariflər, balans yükləmək proseduru, lazım olan proqram təminatı və digər yardımçı məlumatlar www.wimax.az, balansınızı yoxlaya www.balans.wimax.az və texniki dəstək ilə bağlı məlumatları www.support.wimax.az saytlarında əldə etmək imkanı var.
Delta Telecom WiMax texnologiyası ilə fiziki şəxslərlə bərabər, həmçinin təşkilat və idarələrə də xidmət göstərir.
Delta Telecomun əsas məqsədi istifadəçilər üçün bu yeni texnologiyanın geniş imkanlarından yararlanmanı, telefon xətti olmadan istənilən yerdə simsiz və limitsiz, yüksək sürətli internetə qoşulmanı təmin etməkdir.




