|  Delta Telecom   |  İnsan resursları   |  Menecerlər

Menecerlər


Menecerlərimiz müəssisənin Keyfiyyət İdarəetmə sisteminin inkişaf etdirilməsi, təkmilləşdirilməsi, iqtisadi və marketinq üzrə planlaşdırmanı, bazarın inkişafı üçün uzunmüddətli və qısamüddətli planların təşkilini həyata keçirməkdə məsuliyyət daşıyırlar. Həmçinin, müəssisənin ümumi təhlükəsizlik sisteminə nəzarət edir, еhtiyac olan tədrisin təşkil olunmasını təmin edirlər.

Raifə Abbasova
Delta Telecom şirkətinin Satış üzrə meneceri

1995-1999–cu illər ərzində Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakultəsinin bakalavr pilləsində, 1999-2001-ci illərdə həmin fakultənin magistratura pilləsində təhsil almışdır. Hal-hazırda aspirantura pilləsində təhsil alır.

1998-2010-cu illər ərzində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2010-cu ilin əvvələrindən “Delta Telecom” şirkətində Satış Meneceri vəzifəsində çalışır.